XƏBƏRLƏR / Müttəfiq

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir

Səfər çərçivəsində Səlcuq Bayraktaroğlu Qafqaz İslam Ordusunun Bakıya gəlişinin 107-ci ildönümünü qeyd edəcək

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu Azərbaycana səfər edəcək.

    Səfər çərçivəsində Səlcuq Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişinin və şəhərin bolşevik işğalından azad edilməsinin 107-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

    Daha əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ordu generalı Səlcuq Bayraktaroğlunun planlaşdırılan səfərinin iki ölkənin orduları arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.