Türkiyə üçün tarixi gündür VIDEO
"Akkuyu" Atom Elektrik Stansiyası açılıb
Bu gün "Akkuyu" Atom Elektrik Stansiyası açılıb. Açılış Türkiyə vaxtı ilə 16:00-da başlay;b. Prezident Rəcəb Tayyib Ərdoğan "Akkuyu" AES-in açılışına onlayn qoşulub.
Türkiyənin səhiyyə naziri deyib ki, “Prezident Ərdoğanın özünü yaxşı hiss edır. O, hazırda mədə infeksiyasından müalicə olunur”.
Türkiyə nüvə enerjisinə qovuşur.
Rusiya Prezidenti Putinin dediklərindən tezislər:
Mən bu layihəni Türkiyə Rusiya tarixinin ən böyük ortaq layihələrindən birində belə mühüm mərhələyə çatdığı üçün təbrik edirəm.
Bu pilot layihədir və o, həm də bizim çoxşaxəli tərəfdaşlığımızı artırır.
İqtisadiyyat və ticarət sahəsindəki inkişafları daha da inkişaf etdirmək qərarına gəldik. Qarşılıqlı investisiyalarımızı artıracağıq.
Rusiya Türkiyənin enerji ehtiyacını qarşılamağa davam edəcək.
Təbii qazın qiyməti artacaq, amma Türkiyə artıq nüvə enerjisi və ucuz enerjiyə malik ölkə olacaq.
Dinc nüvə enerjisinin bayrağı "Akkuyu"da dalğalanacaq.
Rusiya və Türkiyənin nüvə mütəxəssisi mühəndisləri böyük əzmlə çalışırlar. Bütün blokları eyni vaxtda quraşdırırıq. O 3-cü nəsil reaktorlarla təchiz olunub.
"Akkuyu" dünyada ən müasir və etibarlı sistemə malikdir.
Sıfırdan sənaye qurmaq, bu elektrik stansiyasının tikintisi Ərdoğanın Türkiyə hökumətinə və şəxsən ölkəsinə nə qədər xidmət göstərdiyini göstərir. Qarşınıza böyük məqsədlər qoyursunuz.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediklərindən tezislər:
Hava və dəniz yolu ilə gələn nüvə yanacağının elektrik stansiyamıza çatdırılması ilə Akkuyu artıq nüvə obyekti kimliyini qazanmışdır.
Ölkəmiz 60 illik gecikmədən sonra da olsa, dünyanın nüvə enerjisi ölkələri liqasına yüksəldi.
Avropa Komissiyası nüvə enerjisini “yaşıl enerji” kimi qəbul edərək şübhələri aradan qaldırdı. "Akkuyu" ilə ölkəmizi bu inkişafın bir parçası etdik.
"Akkuyu" Rusiya ilə aramızda ən böyük investisiyadır.
Elektrik stansiyasının bütün blokları 2028-ci ilə qədər mərhələli şəkildə istismara veriləcək. Ölkəmizin elektrik enerjisi istehlakının 10 faizini bu elektrik stansiyası təmin edəcək.
Tam güc işə salındıqda burada ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq.
Elektrik stansiyamızın 6 fevral zəlzələlərində zərər görməməsi mühəndislərimizin və fəhlələrimizin öz işlərini necə vasvasılıqla yerinə yetirdiyini göstərir.
Layihədəki təcrübəmizin işığında, müxtəlif bölgələrdə tikməyi planlaşdırdığımız 2-ci və 3-cü atom elektrik stansiyalarımız üçün ən qısa zamanda hərəkətə keçəcəyik.