XƏBƏRLƏR / Müttəfiq

Türkiyə və Azərbaycan enerji əməkdaşlığında yeni səhifə açır

Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib

Türkiyə və Azərbaycan enerji əməkdaşlığında yeni səhifə açır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin energetika naziri Alparslan Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığında yeni səhifə açılır.

    Hazırda Azərbaycanda istehsal olunan elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan vasitəsilə Türkiyəyə ötürülməsi imkanlarının nəzərdən keçirildiyini qeyd edən nazir bildirib ki, tərəflər bu xətti Avropa bazarına birləşdirmək istəyirlər.

    “Biz Azərbaycanla davam edən ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi və bununla da iqtisadi qarşılıqlı əlaqələri genişləndirməyi planlaşdırırıq... Məqsədimiz TANAP-ın buraxılış qabiliyyətini 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırmaqdır... Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan xətti ilə Türkiyə vasitəsilə nəqli dünya neft bazarlarına mühüm töhfə verir”, - deyə Bayraktar əlavə edib.