BLOQ

Türkiyə yaxşı bilir ki, o, harda "yuxarı, uzaq küncdə" deyil

Türkiyə ilk dəfə Avropanın zirvə görüşünə dəvət edildi

Türkiyə yaxşı bilir ki, o, harda "yuxarı, uzaq küncdə" deyil
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə ilk dəfə zirvə görüşünə dəvət edildi, bundan əvvəlki iki görüş Fransada Türkiyəsiz keçirilib. Xarici işlər naziri Fidan iştirak edib, Ərdoğan getməyi lazım bilməyib;

    “Ailə şəkli”ndə Fidan yuxarı, uzaq küncdə durmağa üstünlük verib.

    Bəs niyə Türkiyəni çağırdılar?

    Çünki NATO-da ABŞ-dan sonra ikinci orduya sahibdir. Qoşun göndərmək zərurəti yarananda, lazım olacaq. Bundan başqa, əlavə pul yatırımı da heç də pis olmazdı. Eynilə çox zəngin Norveçin sahib olduğu pullar kimi.

    Hələ ki, Türkiyə səsini çıxarmır: “Gülümsəyir və əl eləyir”. Türkiyənın təcili görüləsi işləri var: Avropanın başı qarışdığı, ABŞ-ın isə məsələ ilə maraqlanmadığı bir vaxtda, Suriyada "tez-bazar" PKK problemini həll etmək olar.

    Türkiyə yaxşı bilir ki, o, harada "yuxarı, uzaq küncdə" deyil.