Türkiyənin cənubunda “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) inşa edildiyi Mersin şəhərində iki avtobus və bir minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə Türkiyə mənbələri məlumat yayıb.
Hadisə zamanı işçiləri tikinti sahəsinə aparan avtobusun sürücüsü idarəetməni itirib, bununla da o, avtomobil və digər avtobusla toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.
Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ölənlərdən birinin Rusiya vətəndaşı olduğu xəbər verilib.
Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.