XƏBƏRLƏR / Təbiət

Türkiyədə alovla mübarizə 4 yerdə davam edir

Komandalar havadan və qurudan müdaxilə ilə alovları nəzarət altına almağa çalışırlar

Türkiyədə alovla mübarizə 4 yerdə davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Muğla, Antalya və Balıkəsirdə meşə yanğınları baş verib. Bəzi ərazilərdə alovlar yaşayış məntəqələrinə yaxınlaşıb və bir çox ev təxliyə edilib. 

    Hava müdaxiləsi təyyarələr və helikopterlərlə, yerdən isə yanğınsöndürən maşınlar və tikinti texnikaları ilə həyata keçirilib. Meşə işçiləri, kəndlilər və könüllülər fədakarlıqla çalışıblar.

    Magistral yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Muğlanın Seydikemer və Fethiye rayonlarında da meşələr yanıb. Bir xəstəxana və 121 ev təxliyə edilib.