XƏBƏRLƏR / Təbiət

Türkiyədə axtarılan azərbaycanlıların sayı açıqlandı

Onların axtarışları aparılır

Türkiyədə axtarılan azərbaycanlıların sayı açıqlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin zəlzələ bölgəsində təxminən 25-26 nəfər Azərbaycan vətəndaşı ilə bağlı məlumat yoxdur. Onların axtarışları aparılır. Bunu Azərbaycanın Türkiyədəki Səfirliyi bildirib. "25-26 nəfər Azərbaycan vətəndaşından məlumat almaq mümkün olmayıb. Vətəndaşlarla əlaqənin qurulmaması o demək deyil ki, onlar vəfat ediblər. Sadəcə, əlaqə qurma imkanları olmaya bilər. Hazırda axtarışlar davam edir”, - deyə səfirlik bəyan edib.

    Qeyd edək ki, bir neçə gün öndə Türkiyənin zəlzələ bölgəsinə səfər edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hələ də tapılmayan vətəndaşlarımızın olduğunu demişdi. Lakin həmin şəxslərin sayını açıqlamamışdı.