Türkiyədə bir neçə məşhur şəxs narkotikə görə saxlanılıb
Bu barədə "TRT Haber" məlumat yayıb YENİLƏNİB
12:27
Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində məşhur aktrisa Afra Saraçoğlu da saxlanılıb.
Bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, A.Saraçoğlu ilə yanaşı idman jurnalisti Yağız Sabuncuoğlu da saxlanılıb.
Xatırladaq ki, Türkiyədə daha 18 məşhur barəsində saxlanılma qərarı verilib, onlardan 15-i saxlanılıb. Saxlanılanların arasında Aras Bulut İynemli, Sefo, Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yeliz Yeşilçimen, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır, Sayat Zurnacı var.
Məlumat üçün bildirək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.
***
11:37
Türkiyədə aparılan narkotik araşdırması çərçivəsində 18 nəfər saxlanılıb.
"TRT Haber"ə görə, saxlanılan şəxslər arasında məşhur aktyorlar Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Hazal Filiz Küçükköse, Yeliz Yeşilçimen, həmçinin repçi Sefo (Seyfullah Sağır) yer alıb.

Siyahıda futbolçu Hasan Şaş, eləcə də Hande Demir, Anıl Durmuş, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzəlcik, Sezer Çakır və Sayat Zurnacı da var.
Bakırköy Respublika Baş Prokurorluğun açıqlamasına görə, bəzi şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etdikləri, narkotik maddədən istifadəyə şərait yaratdıqları və ya istifadə üçün yer təmin etdikləri barədə şübhələri dəstəkləyən sübutlar əldə edilib.
1 dəqiqə