Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb
Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı deyib

Türkiyəni son 4 gündə cənginə alan bütün meşə yanğınları nəzarət altına alınıb.
Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
Onun sözlərinə görə, indiyədək baş verən 247 meşə yanğınından 241-i nəzarət altına alınıb.
Bundan əvvəl Yumaklı İzmir vilayətində 3 böyük yanğının nəzarət altına alındığını bildirmişdi. Bölgədə ümumilikdə 4 mindən çox insan təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir. Daxili işlər naziri Ali Yerlikaya şənbə günü yanğınlara görə 7 nəfərin həbs edildiyini açıqlayıb.