Türkiyədə körpü çöküb, ölən və yaralananlar var
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb
Türkiyədə körpü çöküb.
Hadisə Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda viaduk tikintisi zamanı baş verib. Tikinti zamanı çökmə nəticəsində 3 işçi həlak olub, 2 nəfər ağır yaralanıb.

Çökmüş körpü altında qalan işçilər xilasetmə qrupları tərəfindən xilas edilib. Yaralılar ilk tibbi yardım göstərildikdən sonra Kulp Dövlət Xəstəxanasına aparılıb. Hadisə ilə bağlı araşdırma başlanıb və Kulp Rayon Qubernatoru Burak Akeller də səlahiyyətlilərdən məlumat almaq üçün əraziyə baş çəkib.
1 dəqiqədən az