XƏBƏRLƏR / Hadisə

Türkiyədə təyyarə qəzası

Yaralılar var

Türkiyədə təyyarə qəzası
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Aydın vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

    Hadisə səhər saat 12.40 radələrində Tepecik məhəlləsi sərhədləri daxilində olan Çıldır hava limanı yaxınlığında baş verib. Əldə edilən məlumata görə, THY-nin uçuş məktəbinin təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Çeştəpə Heyvan Bazarı ilə hava limanı arasındakı sahəyə çırpılıb. Hadisə zamanı təlimatçı və təyyarədə olan pilot namizədi - Sayqın Zibeller və Murat Mocan yaralanıb.xəsarət alıb. ADU Tibb Fakültəsi Xəstəxanasına çatdırılan yaralıların sağlamlıq vəziyyətlərinin yaxşı olduğu xəbər verilir.

    Jandarm və yanğınsöndürənlər hadisə yerində təhlükəsizlik tədbirləri görərkən, təyyarənin üst hissəsinin brezentlə örtüldüyü görülür.