XƏBƏRLƏR / Təhsil

Türkiyədə zəlzələyə görə məktəblər bağlandı

Türkiyədə zəlzələyə görə məktəblər bağlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələ səbəbindən bir sıra vilayətlərdə məktəblər bağlanıb.  Düzce vilayətində, Zonguldakın Ereğli rayonunda, Boluda məktəblərdə təhsil birgünlük dayandırılıb. Sakarya valisi Çətin Oktay Kaldırım da məktəblərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat verib.

    "Düzcedə baş vermiş və şəhərimizdə hiss olunan zəlzələ ilə əlaqədar olaraq 23 noyabr 2022-ci il tarixində vilayət daxilindəki bütün təhsil müəssisələrində ehtiyat tədbirlərinə görə təhsil bir gün müddətinə dayandırılıb",-o deyib.

    Xatırladaq ki, Türkiyənin Düzce vilayətinin Gölyaka ərazisində 5,9 bal gücündə qeydə alınmış zəlzələ İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmirə qədər geniş ərazidə hiss olunub.