Türkiyədən Qarabağa yükdaşımaların başlandığı elan edilib
Yük qatarı həftədə bir dəfə Horadiz vağzalına çatdırılacaq
“ADY Konteyner” MMC (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi) Türkiyədən Azərbaycanın Qarabağ iqtisadi rayonuna yükdaşımalara başlandığını elan edib.
Yük qatarı həftədə bir dəfə İstanbuldan və ya Mersindən Qarabağın Horadiz vağzalına çatır.
Daşınma ölçüləri 40-45 HC (çəkisi 26-28 ton) və ya 20 HC (28 ton) olan konteynerlərdən istifadə etməklə həyata keçiriləcək.