XƏBƏRLƏR / Hərbi

Bəxtiyar Ersay Zakir Həsənovun müşaviri təyin olundu

Bu barədə informasiya Müdafiə Nazirliyinin 2022-ci ilin yekunlarına dair Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumatında yer alıb

Bəxtiyar Ersay Zakir Həsənovun müşaviri təyin olundu
Bəxtiyar Ersay
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunub. Bu barədə informasiya Müdafiə Nazirliyinin 2022-ci ilin yekunlarına dair Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumatında yer alıb.

    Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.

    Qeyd edək ki, bu zamana qədər Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri olması ilə bağlı məlumat yayımlanmamışdı.

    Bildirək ki, Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.

    Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Dövlət çevrilişində ittiham edilsə də, cəmi 31 ay həbsdə yatıb. Azad edildikdən sonra Türk Silahlı Qüvvələrinə qayıdıb. FETÖ-nün 15 iyun 2015-ci ildəki dövlət çevrilişi cəhdindən sonra general-mayor rütbəsi alıb.

    16 iyul çevrilişindən iki həftə sonra Haqqari-Çukuca 2 Sərhəd Birqadasının komandanı təyin edilib. İlk vəzifəsindən biri Kaletepe bölgəsində toplanan və hücum planları həyata keçirən PKK qrupunu zərərləşdirmək olub. Yüzlərlə PKK terrorçusunu özündə birləşdirən bu qrup 7 dəfə sərhədi pozmağa çalışıb. General B. Ersayın komandanlığındakı birqada PKK terrorçularının gözləmədiyi halda əməliyyat keçirib. Bu əməliyyatla 207 terrorçu məhv edilib. Bu əməliyyat zamanı general Ersoy Kaletepe Dağbaşında əsgərləri ilə günlərlə birlikdə yatıb, birlikdə yeyib, onlarla birlikdə savaşıb.

    General əslən Tuncelinin Çemisgezek mahalındandır. Bura qədim imperiya zamanları məmurların sürgün yeri kimi tanınıb. Atası Atatürk dövründə Kənd İnstitutunda məzun olub.

    B.Ersay İşıklar hərbi liseyindən başlayaraq hərbi akademiyaya qədər təhsil alıb.

    Hərbi məktəbdə artilleriya leytenantı kimi məzun olan Ersay 2010-cu ildə general rütbəsinə layiq olan əsas simalardan sayılırdı. Kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi attaşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub.

    Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında B.Ersay dayanıb.

    Bu əməliyyat sırasında adının dövlət çevrilişi cinayətində çəkildiyi haqda məlumat alan Ersay təxliyə əməliyyatını bitirdikdən sonra könüllü olaraq Türkiyəyə daxil olaraq ifadə verməyə gedən təqsirsiz türk zabitləri içərisində ortaya çıxır. Burada həbs edilir, Hasdal və Hadımköy həbsxanalarında yatır. Anası oğlunun dövlət çevrilişinə cəhddə ittiham etməsini eşidərkən infarkt olur. Bununla yanaşı, müəllimə xanımı və iki övladı maaşı kəsildiyi üçün çətin günlər yaşayıblar. Yeganə evlərini satana qədər.

    B.Ersay isə təqsirsiz olduğundan hüquqi prosedurlara başlayır, etiraz edir və haqsızlığa təslim olmur.

    Ersayın zabit olmasından hər zaman qürur duyan atası 2010-cu ildə vəfat edib. Generalın bu itkiyə şükür etməsi isə dəhşətli görünə bilər. Amma polkovnik Ersay düşünür ki, atası onun çevriliş cəhdinə görə həbs edilməsini bilmədən və görmədən haqq dünyasına köçdüyü üçün şükür etmək lazımdır.

    Həbsinin 31-ci ayında azadlığa çıxan polkovnik qısa müddət sonra general rütbəsi alır və briqada komandanı təyin olunur. O, başına gələn müsibətlərdən sonra mükafatlandırılması və ya orduda ona ehtiyac duyulmasına çox təvazükar şəkildə “Mən türk zabitiyəm. Belə yetişdirildim. Dövlətdən küsmək olmaz. Bəli, başımıza haqsız işlər gəldi. Allaha verərkən yaxşı, alarkən pis deyilə bilmədiyi kimi, dövlətə də verərkən yaxşı, alarkən pis demək olmaz. Biz hər şərtlərdə “Vətən sağ olsun”,- deyə yetişdirildik”,- cavabını verib.

    Son illər Türkiyədə PKK-ya qarşı ən böyük əməliyyatlar həyata keçirən generallardan biri də B.Ersaydur.

    General B.Ersayın sonuncu vəzifəsi Türkiyə Quru Qoşunları müavininin əməliyyat məsələləri üzrə müavini olub. Başqa sözlə, harada türk ordusu olubsa, orada B.Ersay da var. Bu, həm də cəsur generalın hər zaman dağlarda, düşmənlə üz-üzə olması deməkdir.

    General indi Azərbaycandakı Xidmət Qrupunun komandanı təyin edilməklə, paralel olaraq Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəsinin əmrinə verilib.