Türkiyənin 5-ci nəsil qırıcısı 2-ci sınaq uçuşunu keçirdi
KAAN döyüş təyyarələri Türkiyə Hərbi Hava Qüvvələrinə 2028-ci ildə veriləcək
Türkiyənin beşinci nəsil qırıcısı Kaan ikinci sınaq uçuşunu uğurla həyata keçirib.
Sınaqların texniki təfərrüatları barədə hələ ki məlumat verilməyib.
Arayış: “Kaan” qırıcısı 2017-ci ildən Türk Aerokosmik Sənayesi tərəfindən Milli Döyüş Təyyarələri proqramı çərçivəsində Türkiyədə yaradılıb. Türkiyə rəsmiləri daha əvvəl bəyan etmişdilər ki, Kaan taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın F-35-lərini keçəcək və gələcəkdə respublikanın Hərbi Hava Qüvvələri ilə xidmətdə olan F-16 qırıcılarını əvəz edəcək.
Təyyarə hazırda xaricdən gətirilən mühərriklərdən istifadə edir, lakin Türkiyə özünün mühərriklərini inkişaf etdirir. Hakimiyyət 2028-ci ilə qədər döyüş təyyarələri Hərbi Hava Qüvvələrinə tədarük etməyə başlamağı planlaşdırır.