Türkiyənin daha 6 bölgəsində fövqəladə vəziyyət elan edildi
Bu barədə TRT Haber məlumat yayıb
Türkiyədə fevralın 6-da baş vermiş 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra daha 6 bölgədə fövqəladə vəziyyət elan edilib. Bu barədə TRT Haber məlumat yayıb.
Qeyd edilib ki, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batmanda binaların dağıldığı yaşayış məntəqələri ümumi həyata təsir edən fəlakət əraziləri kimi qəbul edilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.