Türkiyənin “Fergani Space” şirkətinin ilk peyki orbitə çıxdı
Uydu qlobal yerləşdirmə sisteminin bir hissəsi olacaq

Türkiyənin “Fergani Space” şirkətinin ilk peyki kosmosa buraxılıb
Türkiyənin "Fergani Space" şirkəti ilk peyki olan FGN-100-d1-i ABŞ-dakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından SpaceX Falcon 9 raketi ilə orbitə çıxarıb. Buraxılış 131 faydalı yükü orbitə çıxaran Transporter-12 missiyası çərçivəsində baş tutub.
Şirkətin baş direktoru Səlcuq Bayraktar bildirib ki, FGN-100-d1 Fergani Space tərəfindən hazırlanan qlobal yerləşdirmə sisteminin bir hissəsi olacaq.