Türkiyə MİT-in əldə etdiyi cəsus arxivindən maraqlı faktlar
Siyahıda olan terrorçular arasında İran kəşfiyatına işləyən 2 azərbaycanlı da var
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD-ə aid arxivi ələ keçirmək üçün gizli əməliyyat keçirib.
İstanbul polisi İŞİD-ə bağlı müşahidə obyektlərini dinləyərkən qarşıdan gələn “rəqəmsal yük” mübadiləsindən xəbər tutub. Məlumat bazasına sahib olan İŞİD üzvləri onu İran kəşfiyyatı ilə əlaqəsindən xəbərsiz beş kişiyə 9 milyon dollara satmağa razılaşıblar. “Alıcılar” arasında iki azərbaycanlı da olub: İran əsilli Azərbaycan vətəndaşı Seymur Rzayev İranda pilotsuz təyyarələrin hazırlanması üzrə gizli layihədə iştirak edib. Hikmət Əliyev İran vətəndaşıdır və Türkiyə ilə türk ölkələri arasında yükdaşıma şirkətinə rəhbərlik edir.
Nəticədə 9952 terrorçunun şəxsi məlumatlarını özündə əks etdirən “Yalquzaq” adlı arxiv əldə edilib.
Bu arxivi əldə etmək cəhdləri də CIA, MI6 və Mossad tərəfindən edilib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İranın da casus şəbəkəsini ifşa edib.
Həbs olunanlar arasında azərbaycanlılar da var. Onlardan ikisinin adı məlumdur.
Onlar Hikmət Əliyev və Seymur Rzayevdir.
Seymur Rzayev İranda pilotsuz təyyarələrin hazırlanması ilə bağlı gizli layihədə iştirak etdiyi iddia edilən Azərbaycan vətəndaşıdır.
Hikmət Əliyev Türkiyə ilə türk ölkələri arasında yük daşımaları ilə məşğul olan şirkətə rəhbərlik edən İran vətəndaşıdir.