XƏBƏRLƏR / Müttəfiq

Türkiyənin müdafiə naziri Yaşar Gülər Pakistanda səfərdədir

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb FOTO

Türkiyənin müdafiə naziri Yaşar Gülər Pakistanda səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​İslamabadda səfərdədir. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi X hesabında xəbər yayıb.

    Nazir Yaşar Gülər ​​paytaxt İslamabadda ilk tədbirində Pakistanın ticarət naziri Cam Kamal Xan ilə görüşüb. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

    O, Pakistanın ticarət naziri Cam Kamal Xan ilə birlikdə Türkiyə-Pakistan Qarışıq Komissiyasının 16-cı iclasında iştirak edib.

    Milli Müdafiə naziri Yaşar Gülər ​​və Pakistanın ticarət naziri Cam Kamal Xanın həmsədrliyi ilə keçirilən Türkiyə-Pakistan Qarışıq İqtisadi Komissiyasının (KEK) 16-cı Dövr Toplantısının ardından hər iki nazir tərəfindən “16-cı Türkiyə-Pakistan Qarışıq İqtisadi Komissiyası Protokolu” imzalanıb.