XƏBƏRLƏR / Hərbi

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Bakıya gəlir

Haluk Görgün Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirləri ilə görüşəcək

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Bakıya gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək.

    Bu barədə Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.

    Səfər aprelin 1-2-də baş tutacaq. Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşləri nəzərdə tutulub.