Türkiyənin təhsil naziri Azərbaycana səfər edəcək
Bu barədə jurnalistlərə Yusuf Tekin özü bildirib
Yanvarın 30-31-də Türkiyənin milli təhsil naziri, professor Yusuf Tekinin Azərbaycana səfəri gözlənilir.
Səfər çərçivəsində türkiyəli nazir azərbaycanlı həmkarı Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq. Səfər çərçivəsində Tekin məktəblərə də baş çəkəcək, müəllimlərlə görüşəcək.