XƏBƏRLƏR / Elm və Texnologiya

Türkiyə yeni nəsil PUA-ları təqdim etdi

Selcuk Bayraktar Özdemir Bayraktar Milli Teknoloji Mərkəzində "Kızılelma" və "TB-3" modellərini göstərib

Türkiyə yeni nəsil PUA-ları təqdim etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, zəlzələdən zərər çəkənlərlə iftar süfrəsi açmadan əvvəl Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində "Kızılelma" PUA-sı ilə tanış olub.

    Selçuk Bayraktar həm də yeni Bayraktar TB-3 pilotsuz təyyarəsini paylaşıb.

    Bu, dünyada geniş tanınan əfsanəvi TB-2-nin daha təkmil versiyasıdır. TB-3 böyük faydalı yüklə təchiz olunacaq və daha qısa uçuş-enmə zolağında qalxıb enə biləcək.

    İlin sonuna qədər onun sınaqdan keçəcəyi gözlənilir.