XƏBƏRLƏR / İctimaiyyət

Türkmənistan prezidenti 356 məhbusu əfv edi

Əfv fərmanı Qədir gecəsi münasibətilə imzalanıb

Türkmənistan prezidenti 356 məhbusu əfv edi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 356 məhkumun əfv edilməsi haqqında fərman imzalayıb.

    Türkmənistan mediası xəbər verir ki, əfv fərmanı Qədir gecəsi münasibətilə imzalanıb.

    Sənədə əsasən, əfv olunan məhbuslar cəzanın əsas hissəsini çəkməkdən azad edilirlər. Eyni zamanda, onların işlə təmin olunması üçün yerli hakimiyyət orqanlarına müvafiq tədbirlər görmək tapşırılıb.

    Qeyd edək ki, Türkmənistanda 1999-cu ildən başlayaraq ildə 3-4 dəfə keçirilən əfv kampaniyaları əsas dövlət bayramlarına təsadüf edir.