BLOQ

Üç qardaş

Riyazi reportaj

Üç qardaş
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rus ordusunun öz riyazi ritimləri, rtafaterləri var.

    Şifrəqramlar bu oxşar düsturlar axarında qurulur.

    Tacikistandakı 201, Ermənistandakı 102-ci hərbi bazanın riyazi kodu bu səbəbdən eynidir.

    102 rəqəmini, 201-i yaxud, eyni rəqəmləri, tərsinə çevirsən, eyni rəqəmsal kodu alacaqsan.

    Avrasiya məkanının sağ-sol qanadlarını qoruyan bazaların Moskvadan gələn əmrləri, standartları, həmçinin inteqral kod işarələri eynidir.

    Süni hərbi intellekt bu ünvanlara eyni əmrləri göndərir, eyni şifrələri paylaşır.

    Hər iki baza eyni təyinatlı, eyni məqsədlidir.

    Yəni, Rusiya 102-ci bazanı ləğv etsə, 201-ci oxşarını da ləğv etməlidir.

    Avrasiyanın hər iki sağ-sol cinahlarını bu nöqtələrdən idarə edən Rusiya üçün hər iki baza bir-birini təkrarlayır.

    Tərəzidirlər.

    Yəni, mizan-mizan tərəzidirlər bu coğrafiyada.

    DETAL: Riyaziyyatda "201-102" rəqəmləri yalnız 3 bölünürlər.

    NƏTİCƏ: demək ortada üçüncü, gizli qardaşları da mövcuddur.
    Şifrələr avtomatik üç nöqtəyə göndərilir axı.