“Qarabağ” Bolqarıstanın CSKA klubuna qalib gələ bilmədi
Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq
21:57
UEFA Avropa Liqasının növbəti mərhələsində "Qarabağ" Bolqarıstanın CSKA klubuna qalib gələ bilməyib Oyun 0:0 hesabı ilə başa çatıb.
Cavab oyunu iyulun 30-da Bolqarıstanda keçiriləcək.
***
10:45
Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyuna çıxacaq.
Ağdam klubu Bolqarıstanın CSKA (Sofiya) komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Matçı italiyalı baş hakim Daniele Kiffi idarə edəcək.
Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq. Bu cütün qalibi "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.
1 dəqiqədən az