Ukrayna dronları Yaroslavldakı neft emalı zavodunu vurub
Hücumdan sonra zavodda böyük yanğın baş verib
Ukrayna dronları Yaroslavldakı neft emalı zavoduna hücum edərək böyük yanğına səbəb olub.
Yaroslavldakı "Slavneft-YANOS" neft emalı zavodu 3 noyabr gecəsi yenidən Ukrayna dronları tərəfindən vurulub. Hücumdan sonra zavodda böyük yanğın baş verib.
"Astra"-nın məlumatına görə, şahidlərin foto və videolarında ən azı yeddi yanğın - beş böyük və iki kiçik yanğın göstərilir.
Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev sosial mediada hücumun zavodun infrastrukturuna ziyan vurduğunu və iki işçinin qəlpə yaraları aldığını yazıb.
O, həmçinin vurulan dronların qalıqlarının bir neçə mənzil binasının və fərdi evlərin pəncərələrini sındırdığını və avtomobillərə zərər verdiyini bildirib.
Qeyd edək ki, "Slavneft-YANOS" neft emalı zavodu Rusiyada beşinci ən böyük neft emalı zavodudur. O, ildə 15 milyon tona qədər neft emal edə bilir. Yaroslavl neft emalı zavoduna Ukrayna dronları dəfələrlə hücum edib.
1 dəqiqə