XƏBƏRLƏR / Hərbi

Ukrayna F-16 təyyarələrini qəbul etməyə hazır deyil

Bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat deyib

Ukrayna F-16 təyyarələrini qəbul etməyə hazır deyil
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa ölkələri Ukraynaya F-16 qırıcıları versələr belə, Kiyev onları qəbul edə bilməyəcək.

    Bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat “Rada” telekanalının efirində deyib. Onun sözlərinə görə, hazırda F-16 qırıcılarının yerləşdirilməsi üçün Ukraynada lazımi infrastruktur və onları idarə etməyi öyrənmiş pilotlar yoxdur.

    “Bunlar müvafiq şərait, təchiz olunmuş aerodromlar və pilotlar tələb edən aviasiya kompleksləridir”, - deyə Yuri İqnat əlavə edib.

    Ukraynanın Qərb təyyarələrini nə vaxt qəbul edə biləcəyi ilə bağlı müxtəlif proqnozların verildiyini vurğulayan Hərbi Hava Qüvvələrinin nümayəndəsi konkret tarix səsləndirməyib.

    Qeyd edək ki, hazırda altı ukraynalı pilot F-16 qırıcılarının idarə edilməsi üzrə Danimarkada təlim keçir. 2023-cü il avqustun sonunda Niderland 42, Danimarka isə 19 ədəd F-16 qırıcısını Ukraynaya verməyə hazır olduqlarını bildirib.