Ukrayna Krım körpüsünə zərbə endirib, hərəkət dayandırılıb
Bu barədə Krımın rəhbəri Sergey Aksenov bildirib FOTO
Ukrayna ordusu Krım körpüsünə zərbə endirib.
Bu barədə Krımın rəhbəri Sergey Aksenov bildirib.

Onun sözlərinə görə, nəqliyyatın hərəkəti günün ortalarına qədər məhdudlaşdırılacaq.
Aksenov zərbənin nəticələri barədə məlumat verməyib, tələfatın olub-olmadığı bilinmir.
Hər iki istiqamətdə 2000 minədək avtomobilin yolda qaldığı bildirilir.
Kerçdə operativ qərargah yaradılıb
Rusiya Cənub Nəqliyyat Prokurorluğundan bildirilib ki, Krıma və geriyə gedən qatarlar təxirə salınıb.
1 dəqiqədən az