XƏBƏRLƏR / Münaqişə

Ukrayna Rusiya hava məkanı ilə bağlı İCAO-ya müraciət edib

Kiyev təşkilata Rusiyanın hava hücumlarına cavab verməyə məcbur olduğunu bildirib

Ukrayna Rusiya hava məkanı ilə bağlı İCAO-ya müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatının Baş katibinə Rusiya hava məkanında mülki aviadaşımalar üçün risklər barədə xəbərdarlıq məktubu göndərib.

    Müraciətdə Kiyev BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu həyata keçirərək, Rusiyanın hava hücumlarına cavab verməyə məcbur olduğunu vurğulayıb.

    Ukrayna tərəfi ICAO-nu Rusiya ərazisi üzərində uçuşlar həyata keçirərkən mülki aviasiya üçün artan riskləri nəzərə almağa çağırıb.

    Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanını qapadacaqları ilə bağlı Moskvanı təhdid edib.