XƏBƏRLƏR / Münaqişə

Ukrayna-Rusiya növbəti danışıqları ABŞ-sız keçiriləcək

ABŞ Dövlət katibi Marko Rubio bunu Senatdakı dinləmələr zamanı açıqlayıb

Ukrayna-Rusiya növbəti danışıqları ABŞ-sız keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna-Rusiya danışıqlarının növbəti mərhələsi ABŞ-ın əsas nümayəndələri olmadan keçiriləcək. 

    Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqların növbəti mərhələsi ABŞ-ın əsas vasitəçiləri Uitkoff və Kuşnerin iştirakı olmadan keçiriləcək.

    ABŞ Dövlət katibi Rubio bunu Senatdakı dinləmələr zamanı açıqlayıb. O, Donetsk bölgəsinin nəzarəti ilə bağlı ərazi məsələlərinin "çox mürəkkəb" olaraq qaldığını və həll tələb etdiyini bildirib və ABŞ Rusiya və Ukraynanın Vaşinqtonun birbaşa iştirakı olmadan danışıqlar apara biləcəyinə ümid edir.

    "Plan danışıqları bu həftə ikitərəfli formatda davam etdirmək idi. ABŞ iştirak edə bilər, amma Stiv və Cared olmayacaq", - Rubio qeyd edib.