“Ukraynadakı müharibə üçün üfüqdə sülh görünmür”
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib
Rusiya və Ukrayna arasında müharibədə sülhə dair ümidverici bir mənzərə yoxdur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Ərdoğan Soçidən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.