Ukraynanın Ali Məhkəməsinin sədri rüşvət alarkən saxlanılıb
Bu barədə “Ukrayinska pravda” nəşri məlumat yayıb
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin Ali Məhkəməsinin sədri Vsevolod Knyazevi rüşvət alarkən saxlayıb.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən “Ukrayinska pravda” nəşri məlumat yayıb.
V.Knyazevin 3 milyon dollara yaxın rüşvət aldığı iddia edilir.
Araşdırmalar davam edir. O, 2021-ci ilin dekabrından Ukrayna Ali Məhkəməsinə rəhbərlik edir.