Ukraynanın zərbələri Rusiyanın neft gəlirlərini azaldıb
Neftin bahalaşmasına baxmayaraq Rusiya neft limanlarına edilən hücumlar nəticəsində Kreml həftədə $970 mln itirir
Rusiya neft limanlarına edilən hücumlar Kremlin gəlirlərini bir həftə ərzində təxminən 1 milyard dollar azaldıb. Bu barədə Financial Times qəzeti yazır.
Financial Times qəzetinin Kiyev İqtisadiyyat Məktəbinin hesablamalarına istinadən verdiyi məlumata görə, Rusiyanın Baltik dənizindəki əsas neft terminallarına edilən son beş hücum Rusiya enerji ixracatçıları həftədə təxminən 970 milyon dollar gəlir itirir.
Yaxın Şərqdəki müharibə fonunda Moskvanın neft gəlirləri yüksək olaraq qalır, lakin Ukraynanın Rusiyanın dəniz neft ixracatının 40%-dən çoxunu təşkil edən Primorsk və Ust-Luqa limanlarına etdiyi hücumlar onun azalmasına kömək edib.
Qərb təhlükəsizlik rəsmisinin sözlərinə görə, təkcə Primorskdakı hücumlarda 200 milyon dollar dəyərində neft yanıb. Dünya neftinin təxminən 8%-ni təmin edən Ust-Luqa vasitəsilə ixracat hücumlardan sonra martın son həftəsində təxminən 70% azalıb.
Rusiya Müdafiə Nazirliyinə yaxın mənbəyə görə, son hücum dalğaları Ukraynanın uzun mənzilli dron sənayesinin Rusiyadan irəlidə olduğunu göstərir. Rusiya çoxqatlı müdafiə sistemi qurub, lakin bunun Ukrayna dronlarına qarşını almaq üçün kifayət etməyəcəyi ehtimal olunur.
1 dəqiqə