Azərbaycan nefti ucuzlaşıb
"Azeri Light"ın bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.6 dollar azalıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.
Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.6 dollar azalaraq 100.11 ABŞ dolları təşkil edib. Ötən gün "Azeri Light" 101.71 dollara ticarət edilmişdi.
Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb.