USAID Ermənistana maliyyə yardımının həcmini artırır
Ermənistan mətbuatı xəbər verir
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana maliyyə yardımının həcmi iki dəfə artırılaraq 250 milyon dollara çatdırılacaq.
Ermənistan mətbuatının xəbərinə görə, razılaşma Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla USAID-in bu ölkədəki missiya rəhbəri Con Alelo arasında imzalanıb.
Bildirilib ki, həmin vəsait təbii fəlakət risklərinin idarəolunması, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq, ticarət, demokratik proseslər və regional ticarət tərəfdaşlığının inkişafı kimi məsələlərə yönəldiləcək.