XƏBƏRLƏR / Seçki

Vahid Əhmədov namizədliyini geri götürdü

“Kifayət qədər yaşım var"

Vahid Əhmədov namizədliyini geri götürdü
Vahid Əhmədov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

    V.Əhmədov məlumatı təsdiqləyib.

    O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

    “Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram”.

    Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.