Vanuatuda 6,2 bal gücündə zəlzələ baş verib
Dekabrın 17-də Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ baş vermişdi

Vanuatuda 6,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 35,9 min nəfər əhalisi olan Port Villa şəhərindən 27 km şimal-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, dekabrın 17-də ABŞ Geoloji Xidməti Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ baş verdiyini bildirib. Hadisə nəticəsində Yeni Zelandiya, ABŞ, Fransa və bir sıra digər ölkələrin səfirliklərinin yerləşdiyi binalara ziyan dəyib. Sinxua agentliyinin məlumatına görə, təbii fəlakət nəticəsində iki Çin vətəndaşı ölüb.