XƏBƏRLƏR / İctimaiyyət

Vaşinqtonda Əliyev-Tramp-Paşinyan görüşü haqda məlumat?

"Turan"ın keçmiş ABŞ müxbiri Aleks Raufoğlu öz "X" hesabında görüşün cümə günü baş verəcəyini yazır YENİLƏNİB

Vaşinqtonda Əliyev-Tramp-Paşinyan görüşü haqda məlumat?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Aleks Raufoğlu Vaşinqtonda Tramp-Əliyev-Paşinyan  görüşünə dair öz məlumatına bəzi təfərrüatlar əlavə edib.

    Onun sözlərinə görə, Tramp əvvəlcə Nikol Paşinyanla, daha sonra İlham Əliyevlə ayrıca danışıqlar aparacaq.

    Bundan sonra üç liderin birgə bəyanatı gözlənilir.

    Xəbər nə Azərbaycan, nə Ermənistan, nə ABŞ rəsmiləri , nə də başqa bir mənbə tərəfdən təsdiqlənib.

    ***

    2025-08-04

    17:32

    Tramp bu cümə Vaşinqtonda Paşinyan və Əliyevlə görüşə bilər.

    Bunu sosial şəbəkədə Dövlət Departamentində akkreditə olunmuş azərbaycanlı jurnalist Aleks Raufoğlu öz mənbələrinə istinadən yazıb.

    Jurnalist "X" sosial şəbəkəsində yazıb ki, Ermənistan və Azərbaycan həftənin sonunda sülhə nail olmaq niyyətlərini bəyan etməyə hazırdırlar.

    "TƏCILI!!! Bir çox mənbələr mənə təsdiq edir ki, Ermənistan və Azərbaycan bu həftənin sonunda Vaşinqtonda sülh niyyətlərini bəyan etməyə hazırdırlar.

    Mənbələrin dediyinə görə, cümə günü Trampın həm Nikol Paşinyanı, həm də İlham Əliyevi Ağ Evdə qəbul edəcəyi gözlənilir".

    Xəbər nə Azərbaycan, nə Ermənistan, nə ABŞ rəsmiləri , nə də başqa bir mənbə tərəfdən təsdiqlənib.

    Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə məsələ ilə bağlı şərh vermədiyini bildirib.

    Ermənistan hökumətinin mətbuat xidməti Paşinyan və Əliyevin Ağ Evdə Trampla mümkün görüşü barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

    Nazirlər Kabineti izah edib ki, bu cür səfərlər rəsmi bəyanatla müşayiət olunur və yalnız onun dərcindən sonra məlumat etibarlı sayıla bilər. Belə bir bəyanat dərc olunana qədər səfərlə bağlı məlumatlar təsdiqlənməmiş hesab edilməlidir.