XƏBƏRLƏR / Hərbi

Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı açıqlanıb

Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov məlumat verir

Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 282 nəfər minaların qurbanı olub.

    APA xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov bildirib.

    O qeyd edib ki, mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub: “Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir”.