BLOQ

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Müharibənin 32-ci günü

Vətən müharibəsinin xronikası: 28 oktyabr
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan ordusu Bərdəni raket atəşinə tutub, 21 dinc sakin həlak olub, 70-ə yaxın şəxs yaralanıb.

    Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib.

    Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir “Osa” zenit raket kompleksi, üç BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, altı D-30, beş D-20 və bir D-44 topu, iki 2A36 “Qiasint-B” topu, bir minaatan, bir “Konkurs” tank əleyhinə raket kompleksi və altı avtomobil texnikası sıradan çıxarılıb. 

    Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib.

    Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.