Vladimir Putin Tacikistana səfərə gəlib
Tacikistan Prezidenti Emomalı Rəhmon Putini Düşənbə hava limanında qarşılayıb
Vladimir Putin oktyabrın 8-də axşam saatlarında Düşənbəyə gəlib.
Rusiya Prezidenti dövlət səfəri ilə Tacikistandadır. Onun MDB Dövlət Başçıları Şurasında və II Mərkəzi Asiya-Rusiya Sammitində iştirakı da planlaşdırılır.
Putinin səfəri oktyabrın 10-dək davam edəcək və səfərin yekunlarına dair mətbuat konfransı planlaşdırılır.
Putin və Emomali Rahmon bu il dördüncü dəfə görüşəcək. Onların son görüşü ŞƏT-in Çində keçirilən sammiti çərçivəsində baş tutub.
Rəhmon Putini Düşənbə hava limanında qarşılayıb.
1 dəqiqədən az