Vuçiç: Azərbaycandan Serbiyaya qaz nəqli dayanmayacaq
Bu barədə Serbiya Prezidenti "X" sosial platformasında yazıb
“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq”.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "X" sosial platformasında yazıb:
"Azərbaycana və Prezident İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm, onu çox yaxın zamanda Belqradda qarşılayacağımı səbirsizliklə gözləyirəm".
Azərbaycan qazının Serbiyaya tədarükünün yanvarın 15-də bərpa oluna biləcəyi gözlənilir.
Bunu Trend-ə bazar günü enerji bazarındakı məlumatlı mənbə "Şahdəniz Alfa" platformasında yaranmış texniki problemlə əlaqədar tədarükün dayandırılmasını şərh edərkən bildirib.