XƏBƏRLƏR / Sağlamlıq

Vuçiç xəstəxanaya yerləşdirilib YENİLƏNİB

Serbiya Prezidenti ABŞ səfərini yarımçıq qoyub

Vuçiç xəstəxanaya yerləşdirilib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:40

    Serbiya Prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib.

    Bu barədə Serbiya mediası xəbər verir.

    Onun Belqraddakı Hərbi Tibb Akademiyasına yerləşdirildiyi bildirilir.

    Məlumata görə, Vuçiç ABŞ-a səfəri zamanı özünü pis hiss edib və səfərini yarımçıq qoymaq qərarına gəlib.

    Rəsmi qurumlar siyasətçinin səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.

    ***

    11:55

    Serbiya Prezidenti Aleksandar Vuçiçin ABŞ-a səfəri zamanı səhhəti qəfil pisləşib.

    Bu barədə Serbiyanın dövlət televiziyası RTS məlumat yayıb.

    Məlumata görə, Vuçiç ABŞ-da keçirilməsi planlaşdırılan görüşlərini ləğv edərək təcili şəkildə Serbiyaya qayıtmaq qərarı verib. Qərar onun həkimləri ilə məsləhətləşmədən sonra qəbul olunub.

    Prezidentin səhhəti ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

    Vuçiçin ABŞ-da Prezident Donald Trampla görüşüb-görüşmədiyi barədə hələlik rəsmi məlumat verilməyib.