XƏBƏRLƏR / Ekologiya

Xaçmazda Xəzərin sahilində suiti cəsədləri aşkarlanıb

Bu barədə ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva məlumat verib

Xaçmazda Xəzərin sahilində suiti cəsədləri aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər dənizinin Xaçmaz rayonunun Nabran qəsəbəsi sahilində suiti cəsədləri aşkar olunub.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva məlumat verib.

    Onun sözlərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə suiti cəsədlərindən nümunələr götürüb.

    Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.