Xalq artisti Elmira Şabanova vəfat edib
Bu barədə mərhum aktrisanın qızı Leyla Şabanova məlumat verib
Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.
Bu barədə mərhum aktrisanın qızı Leyla Şabanova məlumat verib.
Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. 1958–1962-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültələrini bitirib.
1962–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent kimi fəaliyyət göstərib
O, 30-a yaxın bədii filmdə, o cümlədən "Bakıfilm" kinostudiyasının çəkdiyi "Qızlar" (2007) və "Ağabəyovlar" (2012-2014) seriallarında rol alıb.
1 dəqiqədən az