Xamenei ABŞ-ın tələbini rədd etdi
Bu barədə Əli Xamenei İmam Xomeyninin vəfatının ildönümü münasibətilə keçirilən mərasimdə danışıb

İranın ali dini lideri ABŞ-ın uranın zənginləşdirilməsini tamamilə dayandırmaq tələbini rədd edib.
Bu barədə İRNA xəbər verib.
Əli Xamenei İmam Xomeyninin vəfatının ildönümü münasibətilə keçirilən mərasimdə deyib ki, ABŞ-ın İranın nüvə proqramına qarşı iddiaları absurd və axmaqdır. O qeyd edib ki, nüvə sənayesi İran elminin bir çox sahələrinə təsir göstərir. Və bu sənaye olmadan Tehran Vaşinqtondan asılı vəziyyətə düşəcək və o, şübhəsiz ki, öz şərtlərini tətbiq etməyə çalışacaq.
Xatırladaq ki, İran və ABŞ daha əvvəl Omanın vasitəçiliyi ilə beş raund danışıqlar aparıb.