![Xankəndidə avtomat və qumbaralar aşkarlanıb](/uploads/images/2024/01/rs/image_750x_65a772c0b5f5c-750-1080-resize.webp)
Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlanıb
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silahı, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.