XƏBƏRLƏR / Qayıdış

Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlandı

DİN xəbər yayıb

Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 8-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 7 qumbara, 68 patron darağı, 1840 ədəd müxtəlif çaplı patron, 11 ədəd süngü bıçaq, 1 ədəd rabitə qurğusu və digər sursatlar aşkar olunaraq götürülüb.