XƏBƏRLƏR / Qayıdış

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

DİN xəbər verir

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlanıb

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silahı, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.