Qayıdış

1 həftə ərzində daha 79 mina, 178 PHS aşkarlanıb

Məlumat ANAMA-dan verilib

1 həftə ərzində daha 79 mina, 178 PHS aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.07.2025 - 20.07.2025) açıqlanıb.

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 1 641 hektar ərazi mina və PHS-lərdən təmizlənib.